...

Ermənistan İrana yeni səfir təyin edib

Dünya xəbərləri Materials 18 Fevral 2015 10:51 (UTC +04:00)
Ermənistan Prezidenti Serj Sarkisyanın əmri ilə Artaşes Tumanyan Ermənistanın İranda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Ermənistan İrana yeni səfir təyin edib

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistan Prezidenti Serj Sarkisyanın əmri ilə Artaşes Tumanyan Ermənistanın İranda yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Trend xəbər verir ki, bu barədə Novosti-Armeniya dövlət başçısının mətbuat xidmətinə istinadən məlumat verir.

Sarkisyanın digər sərəncamı ilə Qriqor Arakelyan Ermənistanın İrandakı səfiri vəzifəsindən azad edilib.

Artaşes Tumanyan müxtəlif illərdə parlamentin deputatı, xarici işlər nazirinin müavini olub. 2000-2006-cı illərdə respublikanın ikinci prezidenti Robert Köçəryanın administrasiyasına rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti