...

Türkiyəyə məxsus təyyarə İstanbul aeroportlarından birində uğursuz eniş edib

Dünya xəbərləri Materials 18 Fevral 2015 11:08 (UTC +04:00)
Beyrutdan uçuş həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə uğursuz eniş nəticəsində İstanbulun Atatürk hava limanında uçuş-enmə zolağından kənara çıxaraq oradakı qar yığınına çırpılıb.
Türkiyəyə məxsus təyyarə İstanbul aeroportlarından birində uğursuz eniş edib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Beyrutdan uçuş həyata keçirən "Türk Hava Yolları"na məxsus təyyarə uğursuz eniş nəticəsində İstanbulun Atatürk hava limanında uçuş-enmə zolağından kənara çıxaraq oradakı qar yığınına çırpılıb. Bu barədə çərşənbə günü Trend "Hurriyet" qəzetinə istinadən xəbər verir.

Təyyarənin bütün sərnişinləri təcili şəkildə təxliyə ediliblər.

Dünən "Türk Hava Yolları" fevralın 17-18-nə planlaşdırılan 117 daxili reysi istanbulda yağan güclü qar səbəbindən ləğv edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti