...

Qətlin şahidi Nemtsovun qatilindən danışdı

Dünya xəbərləri Materials 2 Mart 2015 17:25 (UTC +04:00)
Boris Nemtsovun qətlə yetirilməsinin şahidi Anna Duritskaya bəyan edib ki, siyasətçini kimin öldürdüyü barədə fikri yoxdur.
Qətlin şahidi Nemtsovun qatilindən danışdı

Azərbaycan, Bakı, 2 mart /Trend/

Boris Nemtsovun qətlə yetirilməsinin şahidi Anna Duritskaya bəyan edib ki, siyasətçini kimin öldürdüyü barədə fikri yoxdur. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

A.Duritskaya bildirib ki, baş vermiş hadisə barədə danışmaq onun üçün çətindir.

O, əlavə edib ki, daha əvvəl B.Nemtsov və özü şəxsi xarakterli təhdidlərə məruz qalmayıblar: "Mən hazırda çox ağır psixoloji vəziyyətdəyəm".

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan B.Nemtsov fevralın 28-də gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən bir neçə dəfə atılan atəş nəticəsində hadisə yerində keçinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti