Azərbaycan, Bakı, 7 mart /Trend/
Rusiyada müxalifətçi Boris Nemtsovun qətlində şübhəli bilinən iki nəfər saxlanılıb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib.
Onun sözlərinə görə, saxlanılanlar Zaur Dadayev və Anzor Qubaşevdir: "Bu barədə dövlət başçısına məlumat verilib. Şübhəlilər qafqazlıdır. Hazırda operativ və zəruri istintaq tədbirləri davam etdirilir".
Qeyd edək ki, müxalif siyasətçi B.Nemtsov fevralın 28-də gecə saatlarında Moskvanın mərkəzində qətlə yetirilib.