...

Boris Nemtsovun qətlində daha iki nəfər ittiham edildi

Dünya xəbərləri Materials 16 Mart 2015 15:26 (UTC +04:00)
Rusiya Federasiyası İstintaq Komitəsi siyasətçi Boris Nemtsovun qətli ilə bağlı iki şəxsə qarşı ittiham irəli sürüb.
Boris Nemtsovun qətlində daha iki nəfər ittiham edildi

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 mart /Trend/

Rusiya Federasiyası İstintaq Komitəsi siyasətçi Boris Nemtsovun qətli ilə bağlı iki şəxsə qarşı ittiham irəli sürüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunlar Həmzət Baxayev və Tamerlan Əsgərxanovdur.

Məlumata görə, öz günahını etiraf etməyən T.Əsgərxanova qarşı cinayətdə əlbir olmaq ittihamı sürülüb.

Qeyd edək ki, daha əvvəl Zaur Dadayev və Anzor Qubaşevə də ittiham irəli sürülmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti