Azərbaycan, Bakı, 18 mart /Trend/
Facebook sosial şəbəkəsi ABŞ-da öz ödəmə sisteminin yaradılması haqqında elan edib. Trend-in məlumatına görə, bu barədə RİA Novosti agentliyi xəbər verir.
Məlumata əsasən, istifadəçilər sadəcə Facebook Messenger quraşdıraraq, bit-birinə pul vəsaiti göndərə bilərlər. Görülmüş transaksiyalara görə Facebook əlavə vəsait tutmayacaq.
Ödəmə sistemi ABŞ-da bu yaxınlarda işə düşəcəyi bildirilir.