Azərbaycan, Bakı, 19 mart /Trend/
Rusiya Prezidenti Vladimir Putin aprelin üçüncü ongünlüyündə Ermənistana səfər edə bilər. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, səfərin tarixi dəqiqləşdirilir: "Həqiqətən də səfər məsələsi gündəmdədir. Səfərə hazırlıq aparılır və müzakirə olunur. Tarix dəqiqləşəndə bu barədə məlumat veriləcək".