Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyədə elektrik enerjisinin kəsilməsi Ankara, İstanbul və İzmir kimi böyük şəhərlərdə ciddi fəsadlara səbəb olub. Bu barədə Trend Türkiyənin TRT Haber telekanlına istinadən məlumat verir.
Məlumata əsasən elektrik enerjisinin kəsilməsi ilə adı çəkilən şəhərlərdə metro stansiyalarının işinə fasilə verilib. Bildirilir ki, böyük şəhərlərdə tramvay xətləri, yollarda işıqforlar işləmir.
Məlumata əsasən, metroda qalan vətəndaşların təxliyə edilməsi üçün əlavə generatorlar işlədilir.
Elektrik enerjisinin kəsilməsinin səbəbi barədə isə hələlik rəsmi açıqlama verilmir.