Azərbaycan, Bakı, 2 aprel /Trend/
Türkiyənin Qaziantep vilayətində Suriyadakı silahlılara qoşulmaq istəyən 4 rusiyalı vətəndaş saxlanılıb.
Trend-in "Milliyyət" qəzetinə istinadən verdiyi məlumata görə, saxlanılanların adları açıqlanmır.
Bu gün, həmçinin Suriyadakı silahlılara qoşulmaq niyyətində olan 9 Böyük Britaniya və 1 Fransa vətəndaşı saxlanılıb.
Saxlanılan şəxslərin deportasiya ediləcəyi gözlənilir.