Azərbaycan, Bakı, 10 aprel /Trend/
Yunanıstanın avrozonadan çıxarılması ilə bağlı gizli plan hazırlanır. Trend-in məlumatına gorə, bunu "The Times" qəzeti Finlandiya Maliyyə Nazirliyinə aid sənədə istinadən bildirir.
Sənəddə qeyd olunur ki, avrozonaya daxil olan digər ölkələrin razılığı ilə Yunanıstanın çıxdaş olmasına gətirib çıxaracaq bir proses başlayıb.
Yunanıstanda solçuların hakimiyyətə gəlməsindən sonra Brüssellə Afinanın ortaq məxrəcə gəlməsində çətinlik, bu ölkənin ağır maliyyə problemləri ilə üzləşməsi, vəziyyətin nizamlanmasının ləngiməsi avrozona ölkələrində narahatlıq doğurur.
Ötən gün Yunanıstan Beynəlxalq Valyuta Fonduna borclarının bir qismini - 450 milyon avro dəyərində tranş ödəyib. Mayın 12-nə qədər isə Afina daha 763 milyon avro ödəmək niyyətindədir. Bunun üçün yunanlar avropalı kreditorlarla islahatlar siyahısını razılaşdırmalı və 7,2 milyard avro dəyərində kreditə qoyulmuş bloku aradan qaldırmağa müvəffəq olmalıdır.