...

Türkiyə vətəndaşlarını Nepaldan evakuasiya etdi

Dünya xəbərləri Materials 27 Aprel 2015 10:43 (UTC +04:00)
Türkiyə bu günlərdə dəhşətlə zəlzələ baş verən Nepaldan vətəndaşlarını evakuasiya edib.
Türkiyə vətəndaşlarını Nepaldan evakuasiya etdi

Azərbaycan, Bakı, 27 aprel /Trend, Rufiz Hafizoğlu/

Türkiyə bu günlərdə dəhşətlə zəlzələ baş verən Nepaldan vətəndaşlarını evakuasiya edib.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, Nepaldan evakuasiya olunan Türkiyə vətəndaşlarının sayı 242-yə çatıb.

Bundan başqa, Türkiyənin Fövqəladə Hallar və Təbii Fəlakətlər Agentliyi (AFAD) Nepala 26 xilasedici göndərib.

Qeyd edək ki, Nepalda aprelin 25-də səhər saatlarında 7,9 bal gücündə baş verən zəlzələ nəticəsində 3218 nəfərin öldüyü bildirilir.

Xilasetmə-axtarış işlərinə Çin, ABŞ, Kanada, Türkiyə, Avstraliya, Yaponiya, Şri-Lanka və Azərbaycan da qoşulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti