...

Rusiyada internet yazışmaları ilə bağlı sərt təklif

Dünya xəbərləri Materials 13 May 2015 02:04 (UTC +04:00)
Rusiyanın Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Yelena Mizulina ölkədə uşaqlarla intim mövzuda internet yazışmalarına görə cinayət məsuliyyətinin tətbiqini təklif edir.
Rusiyada internet yazışmaları ilə bağlı sərt təklif

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir İlhamə İsabalayeva/

Rusiyanın Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Yelena Mizulina ölkədə uşaqlarla intim mövzuda internet yazışmalarına görə cinayət məsuliyyətinin tətbiqini təklif edir.

Trend Rusiya mətbuatına istinadən bildirir ki, Y.Mizulina sosial şəbəkə və mobil qurğular vasitəsilə uşaqlarla istənilən seksual mövzuda yazışmanın aparılmasına görə cinayət məsuliyyətinin tətbiqini zəruri sayıb.

Y.Muzilina bildirib ki, ABŞ-da sosial şəbəkələrdə uşaqlarla yolverilməz mövzuda yazışmaların aparılmasına görə 5 il həbs cəzası verilir.

O, hesab edir ki, real həyatda qadağan olunan bütün əməllər internetdə də qadağan edilməlidir.

Komitə sədri bildirib ki, sosial şəbəkələrdən istifadənin genişlənməsi "pedofillərin işlərini yüngülləşdirib". Buna görə də belə bir məsuliyyətin qoyulması lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti