...

Fransızların təqribən 80 faizi Ollandı yaxşı prezident hesab etmir

Dünya xəbərləri Materials 26 May 2015 14:21 (UTC +04:00)
Fransızların 76 faizi Prezident Fransua Ollandı olduqca yaxşı dövlət başçısı hesab etmir.
Fransızların təqribən 80 faizi Ollandı yaxşı prezident hesab etmir

Azərbaycan, Bakı, 26 may /Trend/

Fransızların 76 faizi Prezident Fransua Ollandı olduqca yaxşı dövlət başçısı hesab etmir. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə "Odoxa" şirkətinin apardığı sorğunun nəticələrində deyilir.

Sorğuda iştirak etmiş respondentlərin yalnız 23 faizi onu yaxşı prezident hesab edir.

Baş nazir Manuel Vals isə respondentlərin 41 faizindən müsbət, 58 faizindən isə mənfi rəy alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti