...

ABŞ-da musiqi festivalında polis gözyaşardıcı qazdan istifadə edib

Dünya xəbərləri Materials 8 İyun 2015 09:54 (UTC +04:00)
Nyu Cersi ştatının hüquq mühafizə orqanlarının əməkdaşları İst-Raterfordun “Metlife” stadionunda keçirilən “Summer Jam” hip-hop festivalı zamanı gözyaşardıcı və bibər qazı, həmçinin elektroşokerlərdən istifadə edib.
ABŞ-da musiqi festivalında polis gözyaşardıcı qazdan istifadə edib

Azərbaycan, Bakı, 8 iyun /Trend/

Nyu Cersi ştatının hüquq mühafizə orqanlarının əməkdaşları İst-Raterfordun "Metlife" stadionunda keçirilən "Summer Jam" hip-hop festivalı zamanı gözyaşardıcı və bibər qazı, həmçinin elektroşokerlərdən istifadə edib. Trend bu barədə "RIA Novosti"-yə istinadən xəbər verir.

"International Business Times"-ın məlumatına əsasən, hadisənin səbəbi məlum deyil. İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları festivalın keçirildiyi stadionun çıxışında kütləni nəzarətdə saxlamağa çalışıb. Festivalın bir neçə iştirakçısı həbs olunub.

Həmçinin bildirilir ki, konsertə gələn insanlar özlərini son dərəcə aqressiv aparıb, polisə müqavimət göstərib, onlara işki şüşələri atıb.

Yerli "NewJersey.com" portalının məlumatına əsasən, asayişin qorunması üçün stadiona əlavə qüvvələr cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti