...

Ermənistanda aksiyaçılar Serj Sarkisyanın təklifini qəbul etməyiblər

Dünya xəbərləri Materials 27 İyun 2015 22:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Ermənistan paytaxtı Yerevanda bir neçə gün davam edən etiraz aksiyasının iştirakçıları prezident Serj Sarkisyanın təklifini qəbul etməyiblər. Bu barədə Trend NEWS.am saytına istinadən xəbər verir.

Hökumət etirazçıların heç bir tələbini yerinə yetirmədiklərinə görə, aksiyaçılar mübarizə aparmağı davam etdirir və Baqramyan prospektini bağlı saxlayacağlarını deyiblər.

"Bizim mübarizəmiz tələblərimizin yerinə yetirilmədiyi ana qədər davam edəcək", - etirazçılar qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti