...

Ermənistan polisi etiraz aksiyası iştirakçılarını hədələdi

Dünya xəbərləri Materials 28 İyun 2015 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

Ermənistan polisi Yerevanda Marşal Baqramyan prospektində elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı keçirilən etiraz aksiyası iştirakçılarına xəbərdarlıq edib. Trend bu barədə RIA NOVOSTİ-yə istinadən xəbər verir.

Polis rəsmiləri bildiriblər ki, bu addım ictimai sabitliyin bərpa olunması zərurəti ilə atılır.

Yerevanın polis rəisinin müavini, polkovnik Valeriy Osipyan deyib ki, aksiyaçıların hərəkətləri qanunsuzdur: "Biz təkrar izah edəcəyik ki, onlar təcili aksiyanı dayandırsınlar. Mən inanıram ki, xalq bizim izahatımızı başa düşəcək. Əks halda, biz ictimai asayişi bərpa edəcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti