Azərbaycan, Bakı, 6 iyul /Trend/
Yüzlərlə etirazçılar Yerevanın mərkəzində mitinq keçirirlər.
Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polislərin qadağasına baxmayaraq, etirazçılar səs-qüvvətləndirici avadanlıqdan istifadə edirlər.
Elektrik enerjisi tariflərinin bahalaşması ilə bağlı keçirilən etiraz aksiyasına yüzlərlə insan toplaşıb.