Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Egey dənizi sahillərində göyərtəsində Yunanıstana qeyri-qanuni keçmək istəyən suriyalı mühacirlər olan gəmi batıb.
Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 nəfər həlak olub. Türkiyə Sahil Mühafizə Qüvvələri 10 nəfəri xilas edə bilib.
Xatırladaq ki, son bir ay ərzində Türkiyədə qeyri-qanuni yolla Yunanıstana keçmək istəyən 160 miqrant saxlanılıb.