...

Türkiyə "İslam dövləti"nin mövqelərini artilleriya atəşinə tutub

Dünya xəbərləri Materials 23 İyul 2015 20:03 (UTC +04:00)
Türkiyə ordusu "İslam dövləti" terror təşkilatının mövqelərini gülcü artilleriya atəşinə məruz qoyub.
Türkiyə "İslam dövləti"nin mövqelərini artilleriya atəşinə tutub

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Türkiyə ordusu "İslam dövləti" terror təşkilatının mövqelərini gülcü artilleriya atəşinə məruz qoyub. Bu barədə Trend Türkiyənin NTV telekanalına istinadən məlumat verir.

Bunadək Suriya sərhədindən açılan atəş nəticəsində 1 türkiyəli hərbçi ölmüş, daha biri isə yaralanmışdı.

Türkiyə hərbçilərinə atəş "İslam dövləti"nin nəzarəti altında olan Suriya ərazisindən açılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti