Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyə "İslam Dövləti" terror qruplaşması ilə mübarizə məqsədilə "İncirlik" hərbi bazasını ABŞ-ın istifadəsinə hələ verməyib. Trend-in NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, indiyədək İD-ə qarşı bütün əməliyyatlar Türkiyə HHQ-nin bazasından həyata keçirilib.
M.Çavuşoğlu qeyd edib ki, Türkiyə İD-in silahlılarının məhv edilməsinə istiqamətlənib və Ankara ölkəyə təhlükə törədən istənilən təhdidə qarşı mübarizəni davam etdirəcək.