Azərbaycan, Bakı, 22 avqust /Trend/
Yaponiyanın cənub-qərbində Kaqoşima prefekturasında (Kyuşü adası) yerləşən Sakuracima vulkanı avqustun 21-də 400 metr hündürlüyündə kül püskürüb.
Trend-in məlumatına əsasən, meteoroloqlar beş ballıq cədvəl üzrə "dördüncü" dərəcə almış vulkanın təhlükəlilik səviyyəsini hələlik qaldırmayıblar. Külün hava nəqliyyatının hərəkətinə təsiri barədə də məlumat verilmir.
Sakuracima vulkanının yerləşdiyi ərazidə son bir həftədə mindən artıq vulkan zəlzələsi qeydə alınıb.