...

Əhməd Davudoğlunun nazir vəzifəsi təklif etdiyi müxalifətçilər məlum oldu – SİYAHI

Dünya xəbərləri Materials 26 Avqust 2015 17:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Türkiyədə müvəqqəti hökumətin tərkibini formalaşdırmaq üçün səlahiyyət almış Ədalət və İnkişaf Partiyasının (AKP) lideri, Baş nazir Əhməd Davudoğlunun digər siyasi partiyalardan kimlərə nazir vəzifəsi təklif etdiyi məlum olub. Trend bu barədə Türkiyənin "Milliyet" qəzetinə istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Cümhuriyyət Xalq Partiyasından (CHP) Dəniz Baykal, Ərdoğan Toprak, İlhan Kəsici, Gülsün Bilgəhan Toker və Tekin Bingöl, Milliyyətçi Hərəkat Partiyasından (MHP) Toğrul Türkeş, Meral Akşener və Kənan Tanrıkulu, Xalqların Demokratiya Partiyasından (HDP) isə Müslüm Doğan, Ləvənt Tüzəl və Əli Heydər Konca hökumətdə vəzifə tutmağa dəvət edilib.

CHP və MHP müvəqqəti hökumətdə təmsil olunmayacaqlarını bəyan ediblər. HDP isə hökumətdə təmsil olunacağını açıqlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti