Azərbaycan, Bakı, 30 avqust /Trend/
Yapon korporasiyası "Honda Motor" Cənubi Koreyada 2006-2011-ci illər ərzində satılan 18,7 min CR-V krossoverini geri çağırıb. Bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Yaponiyanın Nəqliyyat Nazirliyinin veridiyi məlumata əsasən, buna səbəb təhlükəsizlik yastıqlarında olan problem olub. Bildirilir ki, açılma zamanı mexanızmın gücünün yüksək olduğundan yastıqlar sürücüyə xəsarət yetirə bilər.
Həmçinin korporasiya 2,4 min motosikleti geri çağırıb. Bunun səbəbi isə yandırma sistemində olan defekt olub.