...

Moldovada hökumət əleyhinə nümayiş başlayıb

Dünya xəbərləri Materials 13 Sentyabr 2015 21:16 (UTC +04:00)
Moldovada mitinqdə 15 minə yaxın insan iştirak edir
Moldovada hökumət əleyhinə nümayiş başlayıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend /

Moldovada mitinqdə 15 minə yaxın insan iştirak edir.

Moldovanın paytaxtı Kişinyovda "Ləyaqət və ədalət" vətəndaş koalisiyasının təşkilatçılığı ilə hökumət əleyhinə nümayiş başlayıb.

Trend "İntefax"-a istinadən xəbər verir ki, Milli azadlıq meydanında ölkənin bütün bölgələrindən 15 minə yaxın insan toplaşıb.

Etirazçıların tələbləri sırasında prezident, baş prokuror, Milli Bankın sədri də daxil olmaqla ölkə rəhbərliyinin istefası, parlamentə seçkilərin keçirilməsi və dövlət başçısının ümumxalq səsverməsi ilə seçilməsi var.

Qeyd edək ki, etirazlar ötən həftə başlayıb, hər gün Kişinyovun mərkəzi küçələrində mitinqlər keçirilib, hökumət evi qarşısında çadırlar qurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti