...

Avropa Şurası Parlament Assambleyasının Baş katibi seçilib

Dünya xəbərləri Materials 29 Sentyabr 2015 21:32 (UTC +04:00)
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar sessiyası çərçivəsində qurumun Baş katibinin seçilməsi ilə bağlı səsvermə keçirilib.
Avropa Şurası Parlament Assambleyasının Baş katibi seçilib

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) plenar sessiyası çərçivəsində qurumun Baş katibinin seçilməsi ilə bağlı səsvermə keçirilib.

Səsvermənin sonunda, AŞ PA sədri Ann Brasör (Anne Brasseur) Baş katibin adını elan edib. Namizədliyi Polşa hökuməti tərəfindən irəli sürülən Vaytek Savitski (Wojciech Sawicki) 140 səs lehinə olmaqla yenidən AŞ PA-nın Baş katibi seçilib. O, bu vəzifədə yenidən beş il müddətində fəaliyyət göstərəcək.

Qeyd edək ki, bu seçkilrədə V. Savitski ilə yanaşı, Serbiya hökumətinin namizədi Svetislava Bulajiç (Svetislava Bulajic) də sözügedən post uğrunda mübarizə aparırdı. Səsvermədə iştirak edənlərdən 105 nəfər onun lehinə səs verib.

Səsvermədə 248 nəfər iştirak edib.

V. Savitski öz vəzifəsinin icrasına 1 fevral 2016-cil tarixində başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti