...

Türkiyə Şimali Kiprə içməli su verməyə başladı

Dünya xəbərləri Materials 17 Oktyabr 2015 15:24 (UTC +04:00)
Şimali Kipri Türkiyədən içməli su ilə təchiz edəcək boru kəmərinin işə salınması mərasimi keçirilib.
Türkiyə Şimali Kiprə içməli su verməyə başladı

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Şimali Kipri Türkiyədən içməli su ilə təchiz edəcək boru kəmərinin işə salınması mərasimi keçirilib. Bu barədə Trend "TRT Haber" telekanalına istinadən məlumat verir.

Boru kəmərinin tikintisi 2011-ci ildə başlayıb. Onun uzunluğu 107 kilometrdir.

Layihəyə əsasən, Şimali Kipr bu boru kəməri vasitəsilə hər il 75 milyon kubmetr su alacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti