...

Parisin qanlı gecəsi (FOTO)

Dünya xəbərləri Materials 14 Noyabr 2015 11:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Parisdə terror aktları nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb, 200-dən çox şəxs xəsarət alıb.

Trend-in məlumata görə, Parisin "Blaklan" teatrında girovların azad edilməsi üçün aparılan əməliyyat zamanı 112 nəfər ölüb.

Təqribən 40 nəfər isə Parisin digər yerlərində ölüblər.

Bundan əvvəl "Bataklan"da naməlum şəxslər tərəfindən azı 100 nəfərin girov götürüldüyü bildirilirdi.

Parisin "Stade de France" stadionu yaxınlığında Fransa-Almaniya yoldaşlıq matçı zamanı bir neçə partlayış səsi eşidilib.

Oyunu stadiondan canlı izləyən Prezident Fransua Olland birbaş Daxili İşlər Nazirliyinə gedib.

Trend xarici KİV-lərə istinadən Parisdən fotoları təqdim edir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti