...

Rusiya təyyarəsini partlatmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Dünya xəbərləri Materials 17 Noyabr 2015 14:17 (UTC +04:00)
Misirdə qəzaya uğramış Rusiyanın "A321" təyyarəsinin göyərtəsinə partlayıcı qurğunu yerləşdirməkdə iştirakda şübhəli bilinən iki nəfər saxlanılıb.
Rusiya təyyarəsini partlatmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Bakı. Trend:

Misirdə qəzaya uğramış Rusiyanın "A321" təyyarəsinin göyərtəsinə partlayıcı qurğunu yerləşdirməkdə iştirak edən şübhəli bilinən iki nəfər saxlanılıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Misirin xüsusi xidmət orqanları tərəfindən saxlanılanlar Şarm-əş-Şeyx aeroportunun əməkdaşlarıdır.

Bununla belə, Rusiya prezidentinin köməkçisi Dmitri Peskov bildirib ki, Moskva saxlanılanlar barədə məlumatlı deyil.

Qeyd edək ki, oktyabrın 31-də Rusiyaya məxsus "Airbus-321" təyyarəsinin Misirdə qəzaya uğrması nəticəsində 217 sərnişin və yeddi ekipaj üzvü həlak olmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti