Bakı. Trend:
Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçilib.
Trend-in məlumatına görə, hakim ƏİP-ın namizədi İsmail Qəhrəman səs çoxluğu ilə parlamentin spikeri seçilib. Deputatlardan 316-ı onun lehinə səs verib.
Xatırladaq ki, Türkiyədə noyabrın 1-də keçirilən parlament seçkilərində Ədalət və İnkişaf Partiyası (ƏİP) 49,41 faiz səs toplayıb.