...

ABŞ-ın Türkiyədəki konsulluğu təhlükəsizlik baxımından fəaliyyətini dayandırır

Dünya xəbərləri Materials 9 Dekabr 2015 05:26 (UTC +04:00)
ABŞ-ın İstanbuldakı konsulluğu çərşənbə günü təhlükəsizlik baxımından fəaliyyətini dayandıracaq.
ABŞ-ın Türkiyədəki konsulluğu təhlükəsizlik baxımından fəaliyyətini dayandırır

Bakı. Trend:

ABŞ-ın İstanbuldakı konsulluğu çərşənbə günü təhlükəsizlik baxımından fəaliyyətini dayandıracaq. Bu barədə qurumun saytında yayılmış məlumatda bildirilir.

Məlumatda həmçinin bildirilir ki, ABŞ-ın İstanbuldakı Baş konsulluğuna olan mümkün təhlükə ilə əlaqədar səfirlik 9 dekabr tarixində məhdud rejimdə işləyəcək.

Qeyd olunur ki, Ankaradaki səfirlik, Adanadakı konsulluq və İzmirdəki konsulluq nümayəndəliyi işlərini normal rejimdə davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti