Bakı. Elmira Tariverdiyeva - Trend:
İran İslam Respublikası Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanını yanvarın 7-də İranın Yəməndəki səfirliyinə hücumda təqsirləndirir.
Trend-in IRINN dövlət telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri tərəfindən Sənadakı səfirliyin binası ətrafına hava zərbələri endirilən zaman səfirliyin bir neçə mühafizəçisi yaralanıb.
Səfirliyin binası zərər görüb.