Bakı. Orxan Quluzadə - Trend:
Dünən axşam saatlarından yağan güclü yağış İstanbulda bəzi birmərtəbəli evlərin və iş yerlərinin su altında qalması ilə nəticələnib. Bu barədə Trend Türkiyə KİV-lərinə istinadən məlumat verir.
Yağış bəzi tunellərdə nəqliyyat problemi yaradıb. Bəzi körpülərin altında və tunellərdə suyun səviyyəsi bir metrə çatıb.
Hazırda yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün işlər aparılır.