Tehran. Mehdi Sepahvənd - Trend:
İran təsdiq edib ki, 1979-cu ildən başlayaraq ABŞ-da uzunmüddətli yubandırmağa görə kompensasiya ilə birlikdə dondurulmuş aktivlərinin məbləği 1,7 milyard dollara bərabərdir.
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Hüseyn Caber Ənsari bəyan edib ki, ABŞ İranın bütün dondurulmuş aktivlərindən yalnız 400 milyonunu dondurub. Bu barədə Trend-in Tehrandakı xüsusi müxbiri məlumat verir.
H.Ənsari qeyd edib ki, ABŞ nüvə sazişini qəbul etməklə təzyiq siyasətinin işləmədiyini və uğursuzluğa düşar olduğunu etiraf etdi.