Bakı. Trend:
Türkiyənin Suriya ilə sərhədində yerləşən Gaziantep vilayətində hərbiçilər İŞİD terror qruplaşmasının 5 üzvünü məhv edib.
Trend-in Anadolu agentliyinə istinadən verdiyi xəbərə əsasən, hərbiçilər sərhədyanı ərazinin minadan təmizlənməsi ilə məşğul olduqları zaman terrorçular pikapdan atəş açıb.
Türkiyə hərbiçilərinin açdıqları cavab atəşi nəticəsində pikapda olan 5 terroçu məhv edilib. Türkiyə itki verməyib.