...

Türkiyə və Almaniya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 8 Fevral 2016 20:29 (UTC +04:00)
Ankarada Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Almaniya Kansleri Angela Merkelin görüşündə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.
Türkiyə və Almaniya Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Ankarada Türkiyənin Baş naziri Əhməd Davudoğlu ilə Almaniya Kansleri Angela Merkelin görüşündə Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, görüşün yekunları üzrə birgə mətbuat konfransında çıxış edən Ə.Davudoğlu deyib ki, regionda sabitlik Türkiyə üçün olduqca vacib məsələlərdən biridir.

Tərəflər Suriya böhranı və problemin nizamlanması yollarını da müzakirə ediblər.

Qeyd edək ki, A.Merkel Türkiyədə rəsmi səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti