Bakı. Elçin Hüseynov - Trend:
Avropada antisemit fikirlərin güclənməsi qitədə daimi yaşayan yəhudiləri mühacirət etməyə məcbur edir. Belə ölkələr sırasında daha çox Fransanın adı hallanır. Bu barədə Trend TASS-a istinadən xəbər verir.
Avropa Ravvinlər Şurasının başçısı Pinxas Qoldşmidt hesab edir ki, buna əsas səbəb İŞİD-in güclənən fəaliyyətidir.
P.Qoldşmidt bildirib ki, Avropadan İsrailə qayıdan yəhudilərin sayı xeyli artıb: "2015-ci il ərzində İsrail təkcə Fransadan 8 min yəhudi qəbul edib. Bu rəqəm ötən illərlə müqayisədə çoxdur".
Ravvinlər Şurasının başçısı xatırladır ki, son illərdə yəhudilərə qarşı terror aktları daha çox Fransada qeydə alınıb.