...

Avropa İttifaqı Şurası Yunanıstana 3 ay vaxt verdi

Dünya xəbərləri Materials 12 Fevral 2016 18:44
Avropa İttifaqı (Aİ) Şurası Yunanıstana Şengen sazişinin həyata keçirilməsi üzrə pozuntuların aradan qaldırılması üçün 3 ay vaxt verib.
Avropa İttifaqı Şurası Yunanıstana 3 ay vaxt verdi

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) Şurası Yunanıstana Şengen sazişinin həyata keçirilməsi üzrə pozuntuların aradan qaldırılması üçün 3 ay vaxt verib. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın bugünkü bəyanatında deyilir.

Sənəddə deyilir ki, Şura Şengen sazişinin xarici sərhədlərlə bağlı tələblərinin Yunanıstan tərəfindən ciddi pozulmasına dair öz tövsiyələrini verib: "Tövsiyələrdə nöqsan və çatışmazlıqların aradan qaldırılması yolları da öz əksini tapıb".

Yunanıstan qeyd olunan zaman kəsiyində nöqsanları aradan qaldırmayacağı təqdirdə Avropa Komissiyası Şengen Məcəlləsinin 26-cı bəndinə uyğun addımlar ata bilər. Bu halda Aİ ölkələrinin Yunanıstanla sərhədləri 2 il müddətinə bağlanacaq.

Avropa Komissiyasının rəsmiləri bəyan edirlər ki, Yunanıstanın sərhədlərində qanunsuz miqrantların sənədləri lazımi şəkildə yoxlanılmır. Bunun nəticəsi kimi Avropada miqrasiya böhranı yaşanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti