...

İran neft hasilatını azaltmayacaq

Dünya xəbərləri Materials 17 Fevral 2016 17:47
İran neft hasilatı həcmini dondurmağı planlaşdırmır.
İran neft hasilatını azaltmayacaq

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

İran neft hasilatı həcmini dondurmağı planlaşdırmır. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali bəyan edib.

Onun sözlərinə görə, İran istehsalı sanksiyalardan əvvəlki neft hasilatı səviyyəsinə kimi qaldırmaq niyyətindədir.

Qeyd edək ki, Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da həmin təşəbbüsə qoşulmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti