...

Stratfor: Yeni müharibələr harada baş tuta bilər?

Dünya xəbərləri Materials 9 Mart 2016 12:46 (UTC +04:00)
Stratfor analitik qrupunun təsisçisi Corc Fridman Avropada yeni müharibələrin və ABŞ və Yaponiya arasında münaqişənin mümkünlüyünü bildirib.
Stratfor: Yeni müharibələr harada baş tuta bilər?

Bakı. Elçin Hüseynov - Trend:

Stratfor analitik qrupunun təsisçisi Corc Fridman Avropada yeni müharibələrin və ABŞ və Yaponiya arasında münaqişənin mümkünlüyünü bildirib. Trend xəbəb verir ki, bu barədə C.Fridman "Business Insider" portalına müsahibəsində deyib.

Ekspertin fikrincə, beynəlxalq münasibətlər sistemindəki əsaslı ziddiyətlər səbəbindən dünyadaki vəziyyət tez bir anda gərginləşə bilər: "Uzun müddət boyu Avropa dövlətlərinin arasında müharibələrin olmaması onların təkrarlanmamasını sığortalamır".

C.Fridman hesab edir ki, müharibələr Şərqi Avropada, Yaxın Şərqdə və Sakit okeanda mümkündür. Birinci iki münaqişə Polşa və Türkiyənin Rusiya ilə əlaqələrinin gərginləşməsi fonunda yarana bilər.

Sakit okeanda isə ekspert ABŞ və Yaponiya arasında dəniz müharibəsinin mümkünlüyünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti