...

Türkiyədə növbəti böyük terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 18 Mart 2016 10:16 (UTC +04:00)
Türkiyənin şərqində Tunceli vilayətində növbəti böyük terror hadisəsinin qarşısı alınıb.
Türkiyədə növbəti böyük terror aktının qarşısı alınıb

Bakı. Trend:

Türkiyənin şərqində Tunceli vilayətində növbəti böyük terror hadisəsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti bildirib.

Keçirilən xüsusi əməliyyat nəticəsində 650 kiloqram partlayıcı maddə aşkar edilib. Partlayıcı maddə magistral yolun ətrafında tapılıb.

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada martın 13-də terror aktı törədilib. Türkiyənin səhiyyə naziri açıqlamasında bildirib ki, güclü partlayış nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Qızılay meydanında avtobus dayanacağında avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun işə salınması nəticəsində baş vermiş partlayışın gücündən yaxınlıqdakı avtomobillər və binalar zərər görüb.

Hadisə yerinə təhlükəsizlik qüvvələri və çoxlu sayda təcili tibbi yardım maşını cəlb olunub. Ərazi boşaldılıb, yaxınlıqdakı küçələrdə, avtomobil yollarında hərəkət məhdudlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti