Bakı. Trend:
Kipr prezidenti Nikos Anastasiadis bəyan edib ki, Misirin А320 təyyarəsinin qaçırılması terror aktı deyil. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Jurnalistlərin suallarını cavablandıran Prezident bildirib ki, həmişə hər şey qadınla bağlıdır: "Girovların azad edilməsi üçün hər şey edilir".
Qeyd edək ki, bu gün misirli İbrahim Samah А320 sərnişin təyyarəsini qaçıraraq Kiprin Larnaka aeroportuna eniş etdirib.
Xatırladaq ki, EgyptAir aviaşirkətinin A-320 sərnişin təyyarəsi bu gün səhər saatlarında misirli İbrahim Samaha tərəfindən qaçırılıb.