...

BMT: Makedoniya sərhədində miqrantlara qarşı zorakılıq narahatlıq doğurur

Dünya xəbərləri Materials 11 Aprel 2016 20:55 (UTC +04:00)
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yunanıstanla Makedoniya sərhədində miqrantlara qarşı qeydə alınan zorakılıqla bağlı dərin narahatlığını bildirib.
BMT: Makedoniya sərhədində miqrantlara qarşı zorakılıq narahatlıq doğurur

Bakı. Elçin Hüseynov - Trend:

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Yunanıstanla Makedoniya sərhədində miqrantlara qarşı qeydə alınan zorakılıqla bağlı dərin narahatlığını bildirib. Trend TASS-a istinadən bildirir ki, bu barədə Komissarlığın rəsmi nümayəndəsi Adrian Evards bildirib.

O deyib ki, bazar günü sərhəddə miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə böyük narahatlıq hissi doğurur: "Son aylarda Avropanın müxtəlif sərhədlərində təhlükəsizlik qüvvələri ilə müharibədən qaçan və köməyə ehtiyacı olan insanlar arasında gərginliyi görürük. İnsanlara əziyyət verirlər, əmlaklarına ziyan vururlur. Bütün bunlar Avropanın imicinin də ziyanınadır".

Qeyd edək ki, ötən gün Makedoniya polisi qonşu Yunanıstandan ölkə ərazisinə qeyri-qanuni keçməyə cəhd edən bəzi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti