...

Venesuela: Vaşinqton neft bazarının sabitləşməsini istəmir

Dünya xəbərləri Materials 13 Aprel 2016 16:26 (UTC +04:00)
Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ dünya neft qiymətlərinin stabilləşməsinə dair OPEK və digər neft hasil edən ölkələr arasındakı razılaşmanın qarşısını almağa çalışır.
Venesuela: Vaşinqton neft bazarının sabitləşməsini istəmir

Bakı. Elçin Hüseynov - Trend:

Venesuela Prezidenti Nikolas Maduro hesab edir ki, ABŞ dünya neft qiymətlərinin stabilləşməsinə dair OPEK və digər neft hasil edən ölkələr arasındakı razılaşmanın qarşısını almağa çalışır. Bu barədə Trend Reuters-ə istinadən xəbər verir.

N.Maduro Vaşinqtonu neft bazarının stabilləşməsinə dair razılaşmanı pozmağa yönəlmiş hərəkətlərdə təqsirləndirir: "Bunun üçün ABŞ ölkə liderlərinə təzyiq göstərir".

Qeyd edək ki, OPEK-in iştirakçı ölkələrinin və digər dövlətlərin neft hasilatının həcmini yanvar səviyyəsində "dondurmaq" üzrə görüşü aprelin 17-də Dohada keçiriləcək. Bu görüşdə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti