...

Ekvadorda zəlzələ qurbanlarının sayı 77-ə çatıb (ƏLAVƏ OLUNUB-2)

Dünya xəbərləri Materials 17 Aprel 2016 12:45 (UTC +04:00)
Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77 nəfər ölüb.
Ekvadorda zəlzələ qurbanlarının sayı 77-ə çatıb (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər 08:20-də yayılıb)

Bakı. Trend:

Ekvadorda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində 77 nəfər ölüb.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu prezident administrasiyası öz Twitter səhifəsində bildirib.

"Bu dəyqəyə olan ölənlərin sayı 77 nəfər, yaralı isə 588 nəfərdir", məlumatda bildirilir.

Daha öncə 41 nəfərin öldüyü bildirilirdi.

Yeraltı təkanlar UTC vaxtı ilə 23:58-də qeydə alınıb. Zəlzələnin ocağı 20,2 km dərinlikdə yerləşib. Episentr Muisne yaşayış məntəqəsindən 28 km cənub-şərqdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti