...

Müdafiə naziri: Heç kəs İranın raket qabiliyyətini əngəlləyə bilməz

Dünya xəbərləri Materials 27 Aprel 2016 13:52 (UTC +04:00)
Heç kəs İranın raket müdafiə sistemlərinin möhkəmlənməsini əngəlləyə bilməz.
Müdafiə naziri: Heç kəs İranın raket qabiliyyətini əngəlləyə bilməz

Trend-i buradan izləyin

Bakı. Elçin Hüseynov - Trend:

Heç kəs İranın raket müdafiə sistemlərinin möhkəmlənməsini əngəlləyə bilməz.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İranın müdafiə naziri Hüseyn Dehqan Moskvada bildirib.

Nazir deyib ki, İran öz məqsədlərini və rasional maraqları təmin etmək üçün ən yüksək səviyyələrdə addımlar atacaq və silahlı qüvvələrini təciz edəcək: "Bu yolda heç bir qüvvə və ya heç bir təşkilat İranın müdafiə qabiliyyətini, o cümlədən raketdən müdafiə qabiliyyətinin inkişafını dayandıra bilməz".

H.Dehqan bildirib ki, İran heç vaxt digər ölkələrin təhlükəsizliyinə hədə-qorxu gəlməyib və gəlmək fikrində də deyil: "Tehran suveren ölkələrə qarşı təcavüz və gücdən istifadəni pisləyir".

Qeyd edək ki, İran naziri Moskvada keçirilən Beynəlxalq təhlükəsizlək konfransında iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti