...

Çexiyada xüsusi təyinatlılar qeyri-qanuni miqrantlarla mübarizə aparacaqlar

Dünya xəbərləri Materials 4 May 2016 11:51 (UTC +04:00)
Çexiyanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün xüsusi bölmə yaradır.
Çexiyada xüsusi təyinatlılar qeyri-qanuni miqrantlarla mübarizə aparacaqlar

Bakı. Elçin Hüseynov - Trend:

Çexiyanın Daxili İşlər Nazirliyi qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq üçün xüsusi bölmə yaradır.

Bu barədə Trend Çexiyanın "Pravo" qəzetinə istinadən xəbər verir.

Xüsusi bölmə Xaricilərlə iş üzrə polis idarəsinin nəzdində 181 polisdən təşkil olunur. Bölmənin əsas vəzifəsi miqrasiya böhranlarının kəskinləşdiyi şəraitdə təhlükəsizliyin və ictimai asayişin təmini və ölkə sərhədlərinin qorunmasıdır.

Xüsusi təyinatlılar Praqa, Brno, Ostrave, Pardubitse şəhərlərində yerləşəcəklər. Onlar həmçinin şengen zonasının xarici sərhədlərini qorumaq üçün Avropa İttifaqının digər ölkələrinə də göndərilə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti