...

Yunanıstana miqrant axını 90 faiz azalıb

Dünya xəbərləri Materials 13 May 2016 14:15 (UTC +04:00)
Aprel ayı ərzində Yunanıstana gələn qanunsuz miqrantların sayı 90% azalıb.
Yunanıstana miqrant axını 90 faiz azalıb

Bakı. Elçin Hüseynov - Trend:

Avropa İttifaqı (Aİ) və Türkiyə arasında imzalanmış miqrasiya böhranından çıxış və Avropanın xarici sərhədlərinin qorunması tədbirlərinə dair saziş Yunanıstanın adalarına gələn qanunsuz miqrantların sayının kəskin azalmasına səbəb olub. Trend xəbər verir ki, bu barədə "Frontex" Sərhədlərin Nəzarəti üzrə Avropa Agentliyinin məlumatında deyilir.

Aprel ayı ərzində Yunanıstana gələn qanunsuz miqrantların sayı 90% azalıb. Bu dövr ərzində Yunanıstana 2,7 mindən az insan daxil olub.

"Frontex" hesab edir ki, bu, Türkiyə ilə imzalanmış sazişin, həm də Makedoniya tərəfindən sərhəd keçidi şərtlərinin sərtləşdirilməsinin nəticəsidir.

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına əsasən, ilin əvvəlindən mayın 11-nə kimi Avropaya Aralıq dənizi vasitəsilə 188 mindən çox miqrant və qaçqın gəlib.

Yanvar-mart ayları ərzində Yunanıstana 155 765, İtaliya - 31 219, İspaniya - 1063, Kiprə isə 28 miqrant və qaçqın gəlib. Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 1300 nəfəri keçib.

Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan və İraqdan gəlir. Onların arasında Pakistan və İran vətəndaşları da var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti