...

Eyfel qülləsi türk bayrağının rənglərinə büründü (FOTO)

Dünya xəbərləri Materials 13 İyun 2016 03:35
İyunun 12-də Parisdəki Eyfel qülləsi Türkiyə bayrağının rənglərinə büründü.
Eyfel qülləsi türk bayrağının rənglərinə büründü (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 12-də Parisdəki Eyfel qülləsi Türkiyə bayrağının rənglərinə büründü. Bu barədə Trend "Haber 7" qəzetinə istinadən xəbər verir.

Fransada iyunun 10-da futbol üzrə Avropa Çempionatı start götürüb.

Qüllə hər günün son oyununun final fitindən 10 dəqiqə sonra "Twitter" sosial şəbəkəsində ən çox dəstək alan ölkənin bayrağının rənglərinə bürünür.

Yarışmanın ilk günündə ən çox səs toplayan Fransa oldu, ikinci gün isə qüllə Uels bayrağının rənglərinə büründü.

Həmçinin qüllə üzərində şar asılıb. Onun üzərində ən çox dəstək alan ölkənin bayrağı əks olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti