Bakı. Trend:
İran Silahlı Qüvvələrinə məxsus "Su-24" təyyarəsi ölkənin cənubunda yerləşən Fars əyalətində qəzaya uğrayıb.
Trend-in Tasnim agentliyinə istinadən verdiyi məlumata görə, hər iki pilot sağ qalıblar və xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata əsasən, qəzanın səbəbi texniki nasazlıq olub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.