...

Türkiyədə 20-dən çox KİV bağlandı

Dünya xəbərləri Materials 19 İyul 2016 18:02 (UTC +04:00)
Türkiyə Televiziya və Radio Şurası 20-dən çox KİV-in lisenziyasını ləğv edib.
Türkiyədə 20-dən çox KİV bağlandı

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə Televiziya və Radio Şurası 20-dən çox kütləvi informasiya vasitəsinin (KİV) lisenziyasını ləğv edib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, KİV-lərin bağlanması dövlət çevrilişinə cəhdlə əlaqədardır.

Bağlanan KİV-lər arasında STV, Samanyolu Haber, Samanyolu Haber Radyo, Kanal Türk, Kanal 124, Yumurcak TV, Burç FM və Radyo Mehtap da var.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti